SİYASƏT


Lyudmila Marçenko: Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan silahlı qüvvələri özünün suveren ərazilərində uğurlu əks-hücum əməliyyatları aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının “Xalqa xidmət” (“Sluqa naroda”) fraksiyasından olan deputatı Lyudmila Marçenko “Region Plyus” jurnalına müsahibəsində bildirib.

Ali Radanın deputatı deyib: “Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş fərdi özünümüdafiə və öz ərazilərini əcnəbilərin qanunsuz hərbi iştirakından qorumaq hüququnu həyata keçirərək özünün suveren ərazilərində uğurlu əks-hücum əməliyyatları aparır”.

O qeyd edib ki, münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar artıq 25 ildən çoxdur davam edir, lakin nəticədə bircə qarış da olsa Azərbaycan torpağı azad edilməyib. “Halbuki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”, - deyə Marçenko əlavə edib.

Ukrayna deputatının sözlərinə görə, Ermənistanın indiki rəhbərliyi münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesini mənasız edən bir sıra bəyanatlar verib və addımlar atıb. L.Marçenko deyib: “Burada istər-istəməz, iyul ayında erməni tərəfinin Tovuz istiqamətində törətdiyi təxribat yada düşür. O vaxt ermənilər tərəfindən zərbələr artıq Qarabağ istiqamətində endirilmirdi. Bu, münaqişəyə üçüncü ölkəni və hətta Ermənistan Respublikasının da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da cəlb etmək cəhdi idi. Bu amillər nəzərə alınmaqla ortaya bircə sual çıxırdı: Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmanın yeni mərhələsi nə vaxt başlanacaq? Bu sual artıq cavabını alıb”.

Lyudmila Marçenkonun müsahibəsinin tam mətni ilə “Region plyus” jurnalının təmas xəttindəki vəziyyətə həsr ediləcək növbəti xüsusi buraxılışında tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.