İDMAN


Lyuis Hemilton: Ferstappen 2019-cu ildə titul uğrunda mübarizə apara bilər

Bakı, 24 yanvar, AZƏRTAC 

“Mercedes” komandasının pilotu Lyuis Hemilton hesab edir ki, “Red Bull”un yürüşçüsü Maks Ferstappen Formula 1 yarışmasının 2019-cu il mövsümündə çempionluq uğrunda rəqabət aparmaq üçün tam təkmilləşib.

AZƏRTAC xəbər verir ki, L.Hemilton deyib: “Maks ötən il ərzində stabillik göstərərək çox yaxşı çıxış edib. O, dəfələrlə bizimlə daban-dabana mübarizə aparıb, buna görə də əgər onun komandası öz vəzifəsinin öhdəsindən gələrsə və bizimlə daha güclü rəqabət apara biləcək platforma təqdim edərsə, o zaman əlbəttə ki, o, titul uğrunda mübarizəyə qoşulacaq”.

“Ferrari”nin pilotu Sebastyan Fettel “Mercedes”in britaniyalı yürüşçüsünün fikri ilə həmrəydir.

“Fikrimcə, Ferstappenin bundan ötrü bütün imkanları var. Bu keyfiyyətlərə malik olan bir-iki nəfər var. Heç şübhəsiz ki, Maks onlardan biridir”, - deyə “Sports Mole” S.Fetteldən sitat gətirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.