İDMAN


Lyuis Hemilton beşqat dünya çempionudur

Bakı, 29 oktyabr, AZƏRTAC 

Mexiko avtodromunda Formula 1 Meksika Qran-Prisinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, “Red Bull” komandasının pilotu Maks Ferstappen turnirin qalibi olub. Çempionatın lideri Lyuis Hemilton isə finiş xəttinə dördüncü çatıb və bu nəticə sayəsində mövsümün sonuna iki mərhələ qalmış çempion titulunu qazana bilib. Bu, onun karyerasında beşinci dünya çempionu tituludur. Sebastyan Fettel çempionatda vaxtından əvvəl ikinci yeri tuta bilib.

Konstruktorlar Kubokunda “Mercedes” komandasının “Ferrari” üzərində üstünlüyü isə 55 xal azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.