REGİONLAR
Lyuk Koffi: Naxçıvanın tarixiliyi və müasirliyi məni valeh etdi
Naxçıvan, 4 oktyabr, AZƏRTAC
Bu, mənim Naxçıvana birinci səfərim olsa da, qədim diyarla tanışlıq məndə böyük təəssürat yaratdı. Buradakı təmizlik və səliqə-sahman, insanların qonaqpərvərliyi, mehriban münasibəti xüsusilə diqqətimi cəlb etdi. Bir sözlə, mənim burada vaxtım çox xoş keçir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikasına səfərə gələn Amerikanın nüfuzlu düşüncə mərkəzi olan “İrs” Fondu yanında Duqlas və Sara Ellisonlar adına Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru Lyuk Koffi deyib.
Muxtar respublikanın bir sıra gəzməli-görməli yerlərində olan qonaq qədim diyarla bağlı təəssüratları barədə danışaraq bildirib ki, Naxçıvanın tarixiliyi və müasirliyi onu valeh edib. Lyuk Koffi deyib: “Duzdağ Fizioterapiya Mərkəzini, Naxçıvanqalanı və Nuh Peyğəmbərin türbəsini ziyarət etdim, burada gördüklərim barədə dostlarımı və yaxınlarımı da məlumatlandıracağam. Naxçıvanı daha da yaxından tanımaq üçün buraya bir daha gəlmək niyyətindəyəm”.