İQTİSADİYYAT


M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı, 24 may, AZƏRTAC 

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrində (Hökməli dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur. Bu səbəbdən də magistralın sözügedən hissəsində mayın 26-da səhər saat 05:00-dan 09:00-dək hərəkət məhdudlaşdırılacaq.

Sürücülər alternativ olaraq şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər. Sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.