MACARISTANDA ANTİSEMİTİZMİN TƏZAHÜRLƏRİ İLƏ MÜBARİZƏ APARILIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Macarıstan çempionatının ali divizionunun “Uypeş” klubu noyabrın 26-da MTK ilə oyunda azarkeşlərinin nalayiq hərəkətlərinə görə 5 milyon forint (23 250 dollar) cərimə edilmişdir. “Uypeş”in fanatları oyun zamanı ucadan antisemit şüarlar söyləmişlər.
Bu hərəkətlərin qarşısını almaqdan ötrü heç bir tədbir görmədiyi üçün görüşün hakimi də cəzalandırılmışdır. O, gələn il martın 1-dək oyunlara hakimlik etməkdən kənarlaşdırılmışdır.