İQTİSADİYYAT


MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı haqqında” 2004-cü il 1 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrlə əlaqədar Kürdəmir rayonunda ardıcıl tədbirlər həyata keçirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonda hazırda 760 qaçqın və məcburi köçkün ailəsi məskunlaşmışdır. Bu ailələrin yığcam halda yaşadıqları ərazilərdə keçirilən görüşlərdə onların qayğı və problemləri öyrənilir, bir çox məsələlər yerindəcə həll edilir.

Bu günlərdə rayonun Karrar kəndi ərazisində Şuşa və Laçın rayonlarından olan 40 məcburi köçkün ailəsi ilə görüş keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov çıxış edərək qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından, bununla əlaqədar Kürdəmirdə görülmüş işlərdən danışmışdır.

Tədbirdə köçkün ailələrinin problemləri öyrənilmiş, içməli suya, oduna olan ehtiyacın ödənilməsi, səyyar səhiyyə xidmətinin təşkili ilə əlaqədar konkret tədbirlər görülmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.