MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN YENİ LAYİHƏLƏR HƏYATA KEÇİRİLİR
AzerTAg.az
Dövlətqaçqınkom və BAYVA İdarəetmə Mərkəzi məcburi köçkünlərin sıx yaşadığı Sabirabadın Güdə Cühür və Şəhriyar yaşayış məntəqələrində yeni layihələr həyata keçirirlər. Rayonun Axtaçı kəndindəki yardımçı elektrik stansiyasından Güdə Cühür düşərgəsinə dəyəri 60 milyon manat olan 3 kilometr uzunluğunda elektrik xətti çəkilir. Xəttin bu ilin sonunadək ümumi şəbəkəyə qoşulması düşərgənin enerji ilə təminatının etibarlılığını artıracaq, məcburi köçkünlərin icarəyə götürdükləri 100 hektardan artıq əkin sahəsinin mexaniki suvarılmasına xidmət edən nasoslara fasiləsiz enerji verilməsinə imkan yaradacaqdır.
Güdə Cühür və Şəhriyar məcburi köçkün düşərgələrindəki 800 ailənin istifadəsinə tezliklə 26 milyon manat dəyərində xeyir-şər mağaralarının da çatdırılması nəzərdə tutulur.
Xəbərin mətnində orfoqrafik səhv var