MƏDƏNİYYƏT
“MƏDƏNİYYƏT HƏYAT YOLU KİMİ” MÖVZUSUNDA RESPUBLİKA KULTUROLOJİ SEMİNARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, martın 31-də Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun, Kulturoloqlar Cəmiyyətinin və Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Biznes Mərkəzində “Mədəniyyət həyat yolu kimi” mövzusunda respublika kulturoloji seminarı keçirilmişdir.
“Simurq” Azərbaycan mədəniyyət assosiasiyasının 1-ci vitse- prezidenti akademik Maqsud Əliyev tədbiri açaraq seminarda müzakirə olunacaq mövzunun əhəmiyyətini diqqətə çatdırmışdır.
Dövlət və ictimai qurumlardan, ali məktəblərdən, Azərbaycan Milli Elmlər Aklademiyasından, respublikamızda fəaliyyət göstərən beynəlxalq təşkilatlardan nümayəndələrin iştirakı ilə keçirilən tədbirdə tarix elmləri doktoru, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovun “Kulturologiya məktəbi: təriflər, düsturlar, müddəalar, mədəniyyət tarixi prosesi kimi” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzə ətrafında müzakirələr aparılmış, F.Məmmədov iştirakçıların çoxsaylı suallarına cavab vermişdir.
Seminardan sonra tədbirin davamı kimi “Mədəniyyət insanın həyat və fəaliyyəti kimi: Azərbaycanda ruhi mədəniyyətin müasir vəziyyəti və perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir.