MƏDƏNİ ƏLAQƏLƏRİMİZ UĞURLA DAVAM EDİR
AzerTAg.az
Xəbər verdiyimiz kimi, həmyerlimiz Yalçın Adıgözəlovun dirijorluğu ilə İstanbul Dövlət Opera və Balet Teatrında A.Borodinin “Knyaz İqor” operası tamaşaya qoyulmuşdur. Musiqisevərlərin böyük rəğbətini qazanmış tamaşada baş rolları Türkiyə vokal sənətinin görkəmli nümayəndələrindən Pərihan Naqir, Efe Kışlalı, Əli İhsan Onat və başqaları ifa etmişlər.
Yanvarın 14-də isə İstanbulun Atatürk mədəniyyət mərkəzində operanın növbəti tamaşası böyük müvəffəqiyyətlə keçmişdir. Tamaşaya baxan Azərbaycanın baş nazirinin müavini, xalq yazıçısı Elçin teatr kollektivini yeni yaradıcılıq uğuru münasibətilə təbrik etmişdir. O, AZƏRTAC-ın müxbirinə demişdir ki, bu səhnə əsərinin müvəffəqiyyət yazanmasında dirijor Yalçın Adıgözəlovun böyük rolu və əməyi məmnuniyyət doğurur. Bu, Azərbaycan ilə qardaş Türkiyə arasında mədəni əməkdaşlığın uğurla davam etməsinin bariz nümunəsidir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Türkiyə
Xəbərin mətnində orfoqrafik səhv var