MƏDƏNİYYƏT
MƏHŞUR VOKALÇI LYUBOV KAZARNOVSKAYA BAKIDA KONSERT VERƏCƏK
Dünya miqyaslı, məhşur vokalçı Lyubov Kazarnovskaya yaxın vaxtlarda M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası rəhbərliyinin dəvətilə Bakıda konsert verəcəkdir.
Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, Moskvada Stanislavski və Nemiroviç-Dançenko adına Musiqili Akademik Teatrın solisti L.Kazarnovskaya bir çox mükafatlara və fəxri diplomlara layiq görülmüş, müsabiqələrdə, festivallarda, dünyanın nüfuzlu teatrlarında uğurla çıxış etmiş, məhşur vokalçılarla tərəf müqabil olmuş, Çaykovskinin, Puççininin, Prokofiyevin, Verdinin və digər məhşur bəstəkarların operalarında əsas partiyaların mahir ifaçısı kimi tanınmışdır. O, 2000-ci ildə Kembricdə Diplom almış və XX əsrin mahir ifaçısı adına layiq görülmüşdür.
Ümid edirik ki, dünyaşöhrətli vokalçı Lyubov Kazarnovskayanın Bakıda çıxışı respublikanın musiqi ictimaiyyəti tərəfindən də bəyəniləcəkdir.