MƏDƏNİYYƏT


“MƏKANIN MELODİYASI” FİLMİ NÜMAYİŞ ETDİRİLMİŞDİR

“Nizami” kinoteatrında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Məkanın melodiyası” filmi tamaşaçılara təqdim olunmuşdur.

Film göstərilməzdən əvvəl mədəniyyət naziri Polad Bülbüloğlu yeni ekran əsəri barədə məlumat vermişdir.

Xalq artisti Ələddin Abbasov çıxış edərək, filmdəki yaradıcılıq işindən söhbət açmış, belə bir ekran əsərində çəkilməyindən məmnunluğunu bildirmişdir.

Şair Ramiz Rövşənin ssenarisi əsasında rejissor Hüseyn Mehdiyevin çəkdiyi film 80 yaşlı violonçelçalan Muradın həyatından bəhs edir. Bu qəhrəman doğum günündə - 80 yaşında ötən illərinin melodiyasını axtarır və nəhayət ilk və axırıncı dəfə tapır və həmin məkanda da dünyasını dəyişir.

Son illər ilk dəfədir ki, yeni filmin nümayişi belə anşlaqla keçmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.