MƏKTƏBƏ QAYĞI ƏSAS VƏZİFƏDİR
AzerTAg.az
Ötən əsrin 60-cı illərində inşa edilən Ağdaş internat məktəbinin tikintisi milli kinomuzun uğurlu nümunələrindən olan “Əhməd haradadır?” filmindəki videokadrlarla tarixin yaddaşına köçürülmüşdür. İnternat məktəbdə əsaslı təmir işləri görülmüş, təhsil ocağı öz simasını xeyli dəyişmişdir. Kotavan kəndində isə təzə orta məktəbin tikintisi üçün yer ayrılmış, layihə-smeta sənədləri hazırlanıb təsdiq edilmişdir. Rayon icra hakimiyyətindən müxbirimizə bildirmişlər ki, yay tətili müddətində rayonun bütün məktəblərində əsaslı təmir işləri aparılacaqdır. Artıq ayrı-ayrı müəssisə və təşkilatlar, fermerlər, iş adamları yerli bələdiyyələrlə birlikdə könüllü olaraq bu xeyirxah işin icrasına başlamışlar.
Xəbərin mətnində orfoqrafik səhv var