ELM VƏ TƏHSİL
MƏKTƏBLİLƏRİN FƏNN OLİMPİADASININ YEKUN TURUNUN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
Martın 26-da respublika fizika riyaziyyat və informatika təmayüllü litseydə 2004-cü ildə məktəblilərin fənn olimpiadasının yekun turunun qaliblərinə mükafatlar təqdim edilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, təhsil naziri Misir Mərdanov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək fənn olimpiadalarının keçirilməsində, qaliblərin müəyyənləşdirilməsində xidmətləri olan təhsil işçilərinə təşəkkürünü bildirmişdir.
Qeyd edilmişdir ki, fənn olimpiadalarının yekun turunda riyaziyyat, fizika, informatika və digər fənlər üzrə 834 şagird iştirak etmiş, onlardan 213 nəfəri qalib adını qazanmışdır. Bilik yarışlarında ölkəmizdə fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl litseylərinin şagirdləri daha yüksək nəticələr əldə etmişlər.
Sonra fənn olimpiadalarının respublika turunun qaliblərinə diplom və hədiyyələr təqdim edilmişdir.