ELM VƏ TƏHSİL
MƏKTƏBLİLƏR ARASINDA TƏHSİL NAZİRLİYİNİN KUBOKU UĞRUNDA RESPUBLİKA ŞAHMAT TURNİRİ KEÇİRİLƏCƏKDİR
2006-2007-ci tədris ilində məktəblilər arasında Təhsil Nazirliyinin kuboku uğrunda respublika şahmat turniri keçiriləcəkdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, üç mərhələdən ibarət yarışlar ölkəmizin bütün şəhər və rayon məktəblərini əhatə edəcəkdir.
1-ci - rayon (şəhər) mərhələsi dekabrda, 2-ci - zona mərhələsi 2007-ci ilin martında, 3-cü - final mərhələsi isə mayda keçiriləcəkdir.
2-ci mərhələdə 1, 2, 3-cü yerləri tutan məktəblilər “Təhsil” Respublika İdman Mərkəzinin diplomunu, 3-cü mərhələdə 1,2,3-cü yerləri tutan şahmatçılar isə Təhsil Nazirliyinin diplom, kubok və mükafatlarını alacaqlar.