ELM VƏ TƏHSİL
MƏKTƏB PREZİDENTİ SEÇİLMİŞDİR
Bakının Səbail rayonundakı 134 nömrəli orta ümumtəhsil məktəbində şagirdözünüidarəsi prinsipinə uyğun olaraq məktəb prezidenti seçkiləri keçirilmişdir.
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əsas məqsədi şagirdləri idarəetmə vərdişlərinə yiyələndirmək olan seçki kampaniyasında yuxarı sinif şagirdlərindən 11 nəfər məktəb prezidenti adı uğrunda mübarizə aparmışdır. Səsvermədə 516 məktəbli iştirak etmiş, onlardan 257 nəfəri, yəni böyük əksəriyyəti X sinif şagirdi Fərəc Abbasovun namizədliyini müdafiə etmişdir.
Şagirdlər seçdikləri məktəb prezidentinin öhdəsinə düşən vəzifələrdən danışmışlar.