SİYASƏT
MALAYZİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB MAHATHİR MƏHƏMMƏDƏ
Hörmətli cənab Baş nazir,
Malayziyanın milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, dost ölkələrimiz arasında əlaqələrin, faydalı əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
25 avqust 2003-cü il.