Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MALAYZİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB MAHATHİR MƏHƏMMƏDƏ

Hörmətli cənab Baş nazir,

Malayziyanın milli bayramı – Milli gün münasibətilə Sizi və dost Malayziya xalqını səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri qarşılıqlı faydalı əməkdaşlığımız üçün imkanları daha da artıracaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin