MƏDƏNİYYƏT


MALLARIN SATIN ALINMASI NECƏ TƏŞKİL EDİLMƏLİ VƏ KEÇİRİLMƏLİDİR?

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyində öz işini başa çatdıran dörd günlük seminar bu məsələyə həsr olunmuşdur.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini yerinə yetirmək və Azərbaycan Prezidentinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədi daşıyan tədbirdə satınalmaların təşkili sahəsində mövcud beynəlxalq təcrübə, Azərbaycanda bu prosesin tənzimlənməsi üçün yaradılmış hüquqi baza, mövcud problemlər, malların (işlərin və xidmətlərin) satınalınması üzrə tenderlərin təşkili və keçirilməsi, tender predmetini əks etdirən texniki meyarlar, yekun protokolların tərtib olunması, müqavilələrin şərtləri və mübahisəli məsələlərin həlli mövzularında məruzələr dinlənilmişdir.

Seminarda ayrı-ayrı nazirlik, komitə, şirkət və idarələrin mütəxəssisləri dövlət satınalmaları sahəsində ixtisaslarının artırılması, dövlət satınalmalarının planlaşdırılması və təşkili, tender prosedurlarının keçirilməsi, tender təkliflərinin qiymətləndirilməsi və mübahisəsi məsələlərinə toxunmuşlar. Onlar dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərlə təmin olunmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.