İQTİSADİYYAT


MƏLUMAT

Məlumat verildiyi kimi, Özbəkistan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin əməkdaşlarından və ölkənin iş adamlarından ibarət nümayəndə heyəti Bakıda səfərdə olmuşdur.

İqtisadi İnkişaf Nazirliyində Özbəkistan nümayəndə heyətinin üzvləri ilə görüş keçirilmişdir. Bir sıra özəl qurumların rəhbərlərinin də iştirak etdiyi bu tədbirdə iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilmiş, bu əlaqələrin daha da genişləndirilməsi perspektivləri nəzərdən keçirilmişdir.

Nümayəndə heyətinin üzvləri emal, kənd təsərrüfatı və məişət texnikası istehsalı, təmiri və satışı ilə məşğul olan müəssisələrdə də olmuşlar.

Səfər çərçivəsində “Bakı kondisionerləri” Səhmdar Cəmiyyəti ilə Özbəkistan müəssisələri arasında birgə müəssisələrin yaradılması, “Elevatormaş” Səhmdar Cəmiyyəti ilə Özbəkistanın kənd təsərrüfatı texnikası istehsalçıları arasında əməkdaşlığın perspektivləri müzakirə edilmiş, həmçinin Özbəkistanda istehsal olunan kənd təsərrüfatı texnikasının Azərbaycanda yarmarka-sərgisinin keçirilməsi barədə müqavilə imzalanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.