İQTİSADİYYAT


MƏLUMAT

2002-ci il aprelin 12-dən başlayaraq İqtisadi İnkişaf Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri kiçik və orta müəssisələrə yardım layihəsi çərçivəsində bir ay müddətində Bakı şəhərindəki 147 saylı texniki-humanitar litseydə “Gənclər üçün sahibkarlığın əsasları” mövzusunda seminar-məşğələlər keçirilir.

Seminarların keçirilməsində məqsəd orta məktəblərin axırıncı siniflərində xüsusi proqram keçməklə, gənclərə biznes menecmenti və sahibkarlıq haqqında ümumi məlumat verməkdir.

Sahibkarlığa kömək mərkəzinin milli məsləhətçiləri beş orta məktəbdə ilkin araşdırmalar aparmış, həmin məktəblərin rəhbərləri və 10-11-ci siniflərin şagirdləri ilə görüşlər keçirərək, ən çox maraq göstərilən mövzuları müəyyənləşdirmişlər. Sorğular əsasında “Sahibkarlığa giriş”, “Kiçik biznesə necə başlamalı”, “Marketinqin əsasları”, “Kiçik biznesdə alış texnikaları”, “Kiçik biznesdə yaradıcı satış”, “Maliyyə planlaşmasının əsasları”, “Menecmentin əsasları” mövzuları təlim kursuna daxil edilmişdir.

Kurs şifahi təqdimat, slaydların göstərilməsi və iştirakçıların məşğələlərdə interaktiv iştiraka dəvət edilməsi ilə keçirilir. Bir neçə məşğələyə təcrübəli sahibkarlar da dəvət edilmişdir. Onlar gənclərə biznes fəaliyyəti barədə məlumat verəcəklər.

Seminar-məşğələlərin sonunda iştirakçılara sertifikatlar və məşğələnin əsas mövzuları üzrə kitablar veriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.