DÜNYA


MƏRAKEŞƏ NATO STRUKTURUNDAN KƏNAR ƏSAS MÜTTƏFİQ STATUSU VERİLMİŞDİR

AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərə görə, ABŞ Prezidenti Corc Buş ikitərəfli hərbi münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə Mərakeşə ABŞ-ın NATO strukturundan kənar əsas müttəfiqi statusu vermək qərarına gəlmişdir. Bu, Prezidentin dövlət katibi Kolin Pauellə göndərdiyi memorandumda bildirilir. Sənəddə deyilir ki, Corc Buş bu qərarı xarici yardım və silah ixracına nəzarət haqqında qanunlara əsasən qəbul etmişdir.

ABŞ-ın NATO strukturundan kənarda əsas müttəfiqi statusu bundan əvvəl bir sıra ölkələrə, o cümlədən Pakistana və Küveytə də verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.