İDMAN
MARİYA ŞARAPOVA RUSİYANIN ƏN VARLI İDMANÇISIDIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Mariya Şarapova “Finans” jurnalının Rusiyanın ən varlı idmançıları tərtib etdiyi barədə siyahıya başçılıq edir. Jurnalın məlumatına görə, 18 yaşlı tennisçi mövsüm ərzində 14,5 milyon dollar qazanmışdır. M.Şarapova tennis meydançasındakı qələbələrə görə qazandığı mükafatlardan savayı, mobil telefonlar üçün melodiyalara, habelə çoxlu şirkəti reklam etdiyinə görə də xeyli pul almışdır.
İkinci yeri Rusiyanın basketbol yığmasının və “Yuta Caz”ın oyunçusu Andrey Kirilenko (10,97 milyon dollar), üçüncü yeri isə xokkeyçi Aleksey Yaşin (7,6 milyon dollar) tuturlar.
Bu il Rusiyanın 100 ən varlı idmançısı 179 milyon dollardan bir qədər artıq pul qazanmışdır, halbuki ötən il onların ümumi qazancı 195 milyon dollar idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]