DÜNYA
MƏRKƏZİ ASİYANIN MƏDƏNİ İRSİNİN QORUNMASI MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Xivədə Mərkəzi Asiyanın mədəni irsinin qorunması ilə bağlı regional seminar keçirilmişdir. Seminarı YUNESKO işləri üzrə Özbəkistan Respublikası Milli Komissiyası təşkil etmişdir.
Tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandan gəlmiş arxeoloqlar, memarlar, bərpaçılar Mərkəzi Asiya regionunda memarlıq abidələrinin bərpası, qorunması məsələlərini müzakirə etmişlər.
Seminarda yaxın illər üçün birgə fəaliyyət planı hazırlanmışdır. Tədbirdə Mərkəzi Asiya dövlətlərinin hər birindən tədqiq və bərpa olunmaq üçün iki qədim memarlıq abidəsi seçilmişdir. Özbəkistanda bunlar Xivədəki “Dişan-qala” və Qaraqalpakistandakı “Ayaz-qala” abidələridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]