DÜNYA
MƏRKƏZİ ASİYA ƏMƏKDAŞLIQ TƏŞKİLATI DÖVLƏT BAŞÇILARI ŞURASININ İCLASI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astanada Mərkəzi Asiya Əməkdaşlıq Təşkilatı dövlət başçıları Şurasının iclası başa çatmışdır. İclasda Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan prezidentləri Əsgər Akayev, Nursultan Nazarbayev, İslam Kərimov, Emoməli Rəhmanov iştirak etmişlər.
Yığıncaqda Rusiyanın Mərkəzi Asiya Əməkdaşlıq Təşkilatına qoşulması haqqında qərar qəbul olunmuşdur. İclasda təşkilatın üzvü olan ölkələrin ərazisində televiziya və radio proqramlarının qarşılıqlı yayımlanması haqqında Saziş imzalanmış və su-energetika konsorsiumunun yaradılması haqqında qərar qəbul edilmişdir.
Yığıncaqda regional təhlükəsizlik, MAƏT dövlətlərinin digər beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri müzakirə olunmuş və qeyd edilmişdir ki, MAƏT-in üzvü olan dövlətlər dünya birliyinə inteqrasiya olunmaq üçün birləşməlidirlər.