Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ NÜMUNƏVİ STRUKTURU”NUN TƏSDİQ EDİLMƏSİ VƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2006-CI İL 13 FEVRAL TARİXLİ 363 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ NÜMUNƏVİ ƏSASNAMƏSI”NƏ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 28 SENTYABR TARİXLİ 632 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nun təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nə dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 632 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №9, maddə 870) aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin:

“1-1. Qulluq keçmələri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qulluğunun xüsusi növünə aid edilən və Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənən mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarında bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilən Nümunəvi Strukturda müəyyən edilənlərlə yanaşı digər struktur bölmələr və qurumlar nəzərdə tutula bilər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin