SİYASƏT
MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ: İRAQDA VƏZİYYƏT DAHA DA KƏSKİNLƏŞƏCƏK
AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərə görə, ABŞ hökumətinin yüksək vəzifəli nümayəndəsi Si-En-En teleşirkətinə müsahibəstndə bildirmişdir ki, Mərkəzi Kəşfiyyat İdarəsi İraqda vəziyyətin daha da kəskinləşəcəyini proqnozlaşdırır.
MKİ-nin İraqdakı rezidentinin noyabrın 10-da Vaşinqtona göndərdiyi son hesabatda bu ölkədə hadisələrin inkişafının dəhşətli bir mənzərəsi verilir. Hesabatda deyilir ki, “Əl-Qaidə”, “Hizbullah” və digər ekstremist təşkilatların yaraqlılarının hərəkətləri getdikcə daha mütəşəkkil xarakter daşıyır.
Si-En-En bildirir ki, Prezident Corc Buşun İraqda fəal hərbi əməliyyatların dayandırıldığını elan etdiyi vaxtdan, mayın 1-dən bəri bu ölkədə 259 Amerika əsgəri öldürülmüşdür. Ümumiyyətlə isə, İraqda ABŞ-ın 398 hərbi qulluqçusu həlak olmuşdur. Onların 38-i yalnız son bir ayda öldürülmüşdür.