SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İyulun 27-də Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini yerinə yetirən Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 71 saylı Laçın-Kəlbəcər dairə seçki komissiyasının üzvü K.Cabbarovun komissiya üzvlüyündən azad olunmasını və V.Hümbətovun həmin dairə seçki komissiyasının üzvü təyin edilməsini qərara almışdır.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 2 saylı Şərur-Babək dairə seçki komissiyasının üzvü C.Rəsulov, 8 saylı Yasamal-Nəsimi dairə seçki komissiyasının üzvü Y.Musazadə, 34 saylı Tərtər-Yevlax-Ağdaş-Göyçay dairə seçki komissiyasının üzvü F.Cabbarov, 89 saylı Ucar dairə seçki komissiyasının üzvü A.Abbasov, 90 saylı Füzuli dairə seçki komissiyasının üzvləri H.Hətəmov və A.Məmmədova komissiya üzvlüyündən azad olunmuş, A.Əsgərov 2 saylı Şərur-Babək, S.Seyidzadə 8 saylı Yasamal-Nəsimi, A.Məmmədov 34 saylı Tərtər-Yevlax-Ağdaş-Göyçay, B.Abbasova 89 saylı Ucar, F.Həşimov və E.Quliyev 90 saylı Füzuli dairə seçki komissiyasının üzvləri təyin edilmişlər.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 10 saylı Xətai ikinci dairə seçki komissiyasının üzvü E.Məmmədovun komissiya üzvlüyündən azad edilməsi, Z.İbrahimovun 66 saylı Zaqatala-Balakən dairə seçki komissiyasının üzvü təyin olunması qərara alınmışdır.
Komissiya bəzi referendum sənədlərinin formalarını təsdiq etmişdir.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti