SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Avqustun 9-da Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan Respublikasının mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini yerinə yetirən Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 61 saylı Qəbələ dairə seçki komissiyasının üzvü B.Rüstəmovun komissiya üzvlüyündən azad edilməsi, F.Soltanovun həmin dairə seçki komissiyasının üzvü təyin edilməsi qərara alınmışdır.
Komissiya B.Dəmirovun 62 saylı Qobustan-Siyəzən-Xızı, F.Quliyevin 67 saylı Zərdab-İmişli dairə seçki komissiyasının üzvü təyin edilmələri haqqında qərar qəbul etmişdir.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər, Azərbaycan Respublikası Prezidentinin seçkiləri və bələdiyyələrə seçkilər, habelə referendum keçirilən dövrdə dairə /ərazi/ seçki komissiyaları nəzdindəki kompüter qruplarının işinin təşkili haqqında Təlimat qəbul olunmuşdur.
Komissiyada Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2002-ci il avqustun 24-nə təyin edilmiş ümumxalq səsverməsinin /referendumun/ hazırlanması və keçirilməsi ilə bağlı referendum dairələrində dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün avqustun 12-dən 18-dək seminar-müşavirələrin təşkil olunması qərara alınmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, İsrailin Bakıdakı səfirliyinin, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MSK-nın mətbuat xidməti