Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası mayın 26-da Nazirlər Kabineti binasının akt zalında vahid seçicilər siyahısının tərtibi və dəqiqləşdirilməsi məsələsinə həsr olunmuş müşavirə keçirmişdir.

Müşavirəni giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov vahid seçicilər siyahısının dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbini xatırladaraq qeyd etmişdir ki, Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları tərəfindən təqdim olunmuş siyahılarla işi başa çatdırmışdır. Mayın 25-də Mərkəzi Seçki Komissiyası həmin məsələ ilə bağlı iclas keçirmiş və Komissiya bu mərhələni başa çatmış hesab etmişdir. Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasında geniş müzakirələr aparılmış, MSK üzvləri ölkənin rayonlarına ezam olunmuş və digər zəruri tədbirlər görülmüşdür. Dairə seçki komissiyaları tərəfindən təqdim olunmuş siyahılarda düzəlişlər aparıldıqdan sonra təsdiq edilmiş və müvafiq dairə seçki komissiyalarına qaytarılacaqdır. MSK sədri bu çətin və məsuliyyətli işin öhdəsindən gəldiklərinə görə yerli icra orqanlarına və dairə seçki komissiyalarına razılığını bildirmişdir.

Seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin respublikada ilk dəfə həyata keçirildiyini vurğulayan M.Pənahov qeyd etmişdir ki, bu iş ölkəmizin demokratik dəyərlərə, beynəlxalq standartlara inteqrasiyasının göstəricilərindən biridir. MSK sədri bu işdə Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (İFES) əməkdaşlıq edildiyini müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır.

MSK-nın sədri dairə, eləcə də məntəqə seçki komissiyalarının öz iclaslarında dəqiqləşdirilmə aparılmış seçici siyahılarını təsdiq etmələrinin və bundan sonra da həmin siyahılar üzərində işlərin davam etdirilməsinin, siyahılardakı dəyişikliklər barədə MSK nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzinə məlumat verilməsinin vacibliyini vurğulamışdır. Komissiya sədri hər bir seçicinin yaşadığı ərazidə yerləşən dairə seçki komissiyasında seçici siyahıları ilə tanış olmaq hüququnu xüsusi vurğulamış və dairə seçki komissiyalarının sədrlərinə bu məsələ ilə bağlı seçicilərə şərait yaradılması tapşırığını vermişdir.

Daha sonra dairə seçki komissiyalarının fəaliyyətinin səmərəliliyini artırmaq üçün onların bir sıra problemlərinin həll edildiyini nəzərə çatdıran Mərkəzi Seçki Komissiyasının sədri buna görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Bundan sonra “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev çıxış etmişdir. O, vahid seçicilər siyahısının tərtib edilməsi ilə bağlı yanvarın 5-də keçirilmiş müşavirədə səsləndirilmiş təklif və iradları nəzərə alaraq vahid informasiya bazasının yaradılması üçün yeni texnologiyanın hazırlanaraq tətbiq olunduğunu qeyd etmişdir.

Seçici siyahılarının dəqiqləşdirilməsi prosesində görülən işlərdən ətraflı danışan İ.Babayev qeyd etmişdir ki, artıq hər bir dairə seçki komissiyasında həmin siyahıların elektron variantı işlənib hazırlanmış və bunların əsasında respublika üzrə vahid seçicilər bazası yaradılmışdır. Hazırda vahid seçicilər bazasında 4.462.772 seçici vardır. Siyahılarda Seçki Məcəlləsinin müddəasına görə, seçkilərə 35 gün qalmış dəqiqləşdirilmə aparılmalıdır. DSK-larda seçici siyahılarının elektron variantının yerləşdiyi kompüterlər modem vasitəsi ilə həm Mərkəzi Seçki Komissiyasına, həm də “Seçkilər” İnformasiya Mərkəzinə birləşdirilmişdir. Nəticədə elektron şəbəkəsi yaranmışdır ki, bu da dairə seçki komissiyalarının seçici siyahılarındakı dəyişikliklər barədə məlumatların mərkəzə operativ çatdırılmasını təmin edir.

Seçicilərin daimi siyahısının tərtibində beynəlxalq təcrübədən də istifadə olunmuşdur. Belə problemlər Avropa Şurasının elektron səsvermə məsələləri üzrə hüquqi və texniki yardım komissiyasında mütəmadi olaraq müzakirə edilir və orada hazırlanan standartlar bu işdə də tətbiq olunur.

Mərkəzi Seçki Komissiyasının üzvü, vahid seçicilər siyahısının dəqiqləşdirilməsi üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov qrupun fəaliyyəti haqqında məlumat vermiş və qeyd etmişdir ki, işçi qrupuna MSK-nın 3 üzvü, pasport qeydiyyatı və statistika orqanlarının əməkdaşları daxildir. İşçi qrupu İFES-lə də yaxından əməkdaşlıq etmişdir.

Məruzələrdən sonra Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova, Komissiyanın üzvü Ənvər Əliyev və İFES-in Bakı ofisinin rəhbəri Kristofer Şildz çıxış etmişlər.

Sonda müşavirə iştirakçılarını maraqlandıran suallara cavablar verilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib