SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2002-ci il avqustun 24-ə təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanması və keçirilməsi ilə bağlı referendum dairələrində dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, avqustun 12-dən 18-dək semnar-müşavirələr təşkil olunmuşdur.
Avqustun 12-də ilk seminar-müşavirəni 56 saylı Bərdə şəhər, 57 saylı Bərdə-Ağcabədi, 74 saylı Goranboy-Naftalan, 37 saylı Mingəçevir referendum dairələrində MSK üzvləri Hüseyn Paşayev və Vidadi Mahmudov; 46 saylı Abşeron, 62 saylı Qobustan-Siyəzən-Xızı referendum dairələrində MSK üzvləri Azər Tağıyev və Xanmurad Əhmədov; 92 saylı Xaçmaz şəhər, 93 saylı Xaçmaz-Dəvəçi referendum dairələrində MSK üzvü Ənvər Əliyev və MSK Katibliyi Təşkilat şöbəsinin baş məsləhətçisi Əlibaxış Nəsirov; 61 saylı Qəbələ, 69 saylı İsmayıllı referendum dairələrində MSK üzvü İlham Məmmədov və MSK Katibliyi Təşkilat şöbəsinin böyük məsləhətçisi Qəzənfər Məmmədov keçirmişlər. Seminar-müşavirələrdə dairə və məntəqə referendum komissiyaları üzvlərinin sualları ətraflı çavablandırmışdır.