SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI PREZİDENTİN SƏRƏNCAMINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏRİ HƏLL EDİR
Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində fəaliyyət göstərən Müstəqil Mətbuat Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, komissiya seçki günü məntəqələrin mürəkkəb və ultrabənövşəyi lampalarla təmin edilməsi istiqamətində iş aparır. Bu günədək respublikaya 22000-dən çox mürəkkəb balonu və 10200 lampa gətirilmişdir. Balonların 10000-dən çoxu və 3300 lampa Gürcüstandan, 8000 balon və 2500 lampa Danimarkadan gətirilmişdir. Bundan əlavə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 4000 balon və 4400 lampanı MSK təqdim etmişdir.
MSK balonların və lampaların məntəqə seçki komissiyalarına paylanmasını, habelə səsvermə günü seçicilərin barmaqlarını mürəkkəblə işarələyəcək və yoxlayacaq komissiya üzvlərinə təlimlər keçirilməsini davam etdirir.
MSK səsvermə günü heç bir problemin yaranmaması üçün məntəqələri ehtiyat balon, lampa və batareya ilə təmin edir.