DÜNYA
MARKES KÖYNƏYİNİ MUZEYƏ HƏDİYYƏ ETMİŞDİR
Bakı, 22 may (AZƏRTAC). Nobel mükafatı laureatı, Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes öz quayaberalarından birini Kubanın Sankti Spiritus şəhərində yerləşən muzeyə bağışlamışdır. Quayabera Latın Amerikası ölkələrində çox populyar olan gen kişi köynəyidir.
Özü Kubaya gedə bilməsə də, Markesin köynəyinin muzeyə bağışlanması ilə bağlı Sankti Spiritusda təntənəli mərasim təşkil olunmuşdur. Köynəyi muzeyə təqdim etməmişdən əvvəl şəhərin qədim küçələrində “gəzdiriblər”. Tədbirdə bölgədə təhsil alan kolumbiyalı tələbələr də iştirak etmişlər.
Kolumbiyada yaşayan Markesin köynəyini Kubaya onun həyat yoldaşı Mersedes Barxa yollamışdır. O, köynəyi Yeni Latın Amerika Filmləri Fondu vasitəsilə Kuba Yazıçılar və Rəssamlar Milli Birliyinin vitse - prezidenti Senel Pasa çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]