MAROLL DİLİ AVROPA BİRLİYİNİN 20-Cİ RƏSMİ DİLİ OLA BİLƏR

AZƏRTAC Rusiyanın “Novosti” agentliyinə istinadla xəbər verir ki, hər halda, bunun üçün Brüsseldə təşəbbüs qrupu yaradılmışdır. Qrup maroll dilinin Avropa Birliyinin 19 rəsmi dili siyahısına daxil edilməsinə nail olmağı qarşısına məqsəd qoymuşdur.

Təşəbbüs qrupu maroll dilindən AB-nin əsas işlək dillərinə (ingilis, fransız və alman) tərcüməçiləri toplamaq üçün müsabiqə elan etmişdir. Buna baxmayaraq, Avropa parlamentinin deputatları buna qəti etirazını bildirmişlər. AB-nin qanunverici orqanının Böyük Britaniyadan olan deputatı Kervan Qlişinq demişdir: “Bu, cəfəng bir ideyadır. Əgər biz maroll dilinə razılıq versək, bundan sonra bizdən tələb edicəklər ki, bütün sənədlər kokniyə (London dialektidir) tərcümə olunsun”.

Niderland dilinin dialekti olan maroll dili orta əsrlərdə meydana gəlmişdir və onun adı Brüsselin Maroll məhəlləsinin adından götürülmüşdür. Hazırda burada, əsasən, həmin ləhcədə danışan fəhlələr yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.