ELM VƏ TƏHSİL


MARSA ROBOT GÖNDƏRİLMƏSİ TƏXİRƏ SALINMIŞDIR

Amerika Aerokosmik Agentliyi – NASA Marsa xüsusi tədqiqatçı robot aparmalı olan “Delta-2” raketinin iyunun 29-na nəzərdə tutulmuş buraxılışını bir günlüyə təxirə salmışdır. Buna səbəb hava şəraitinin əlverişsiz olmasıdır. Altıtəkərli bu kiçik aparat Marsda, ilk növbədə, su mənbələri axtarmalıdır. Xatırladaq ki, NASA digər belə robotu Marsa iyunun 10-da göndərmişdi. Hər iki robot bu planetə yanvar ayına qədər çatanadək, Yaponiyanın və Avropa Kosmik Agentliyinin buraxdığı oxşar aparatlar artıq orada olacaqdır. Hazırda Yer və Mars planetləri son 15 min il ərzində bir-birinə ən yaxın məsafədədir. Bu isə tədqiqatçıların vəzifəsini asanlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.