İQTİSADİYYAT


MART AYINDA BBVB HƏRRACLARINDA ELEKTRON HƏRRACLARIN PAYI 86,5 FAİZƏ ÇATMIŞDIR

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində hərracların yekunlarına görə 2004-cü ilin mart ayı üçün dönərli valyuta üzrə birja bazarının aparıcı operator banklarının siyahısını müəyyən etmişdir.

Birjanın informasiya analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hərracların ümumi dövriyyəsində bağladıqları əqdlərin payına müvafiq olaraq, birja valyuta bazarının lider bankları siyahısına Azərbaycan Beynəlxalq Bankı, “Texnikabank”, “Əmrahbank” kommersiya bankları, Birləşmiş Universal Səhmdar Bankı və “Azəriqaz” səhmdar-sərmayə bankı daxildir. 2004-cü ilin mart ayında BBVB hərraclarında ABŞ dolları üzrə 28 bank iştirak etmişdir. Ötən ay ərzində 22 hərrac sessiyası keçirilmiş, 258 əqd bağlanmışdır. Həmin dövrdə birjanın valyuta bölməsində ABŞ dolları üzrə keçirilən hərracların ümumi həcmi 556 milyard 158 milyon manat və ya 112,827 milyon ABŞ dolları təşkil etmişdir. Bu, əvvəlki ayla müqayisədə 36,14 faiz, 2003-cü ilin martına nisbətən isə 8,8 dəfə çoxdur.

Mart hərraclarının ümumi həcmində elektron hərracları sisteminin – BEST-in payı 97,590 milyon ABŞ dolları və ya 86,5 faizdir. AZM-in ABŞ dollarına nisbətən orta hesablanmış məzənnəsi 1 USD üçün fevral ayında 4936,65 manata bərabər olduğu halda, mart ayında 4929,30 manat olmuşdur.

Mart ayında Bakı birjasında Rusiya rublu və AVRO üzrə BEST-də bağlanan əqdlərin ümumi həcmi 795 milyon manat təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.