ELM VƏ TƏHSİL


MASALLIDA BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR SEMİNAR KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Masallı rayonunun Babaser kəndində bələdiyyə seçkilərində müşahidəçiliklə bağlı seminar keçirilmişdir.

Hüquq Maarifçilik Cəmiyyətinin və Azərbaycan Hüquqşünaslar Assosiasiyasının keçirdiyi seminarda bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Seminarda ekspertlər seçkilərdə müşahidəçilərin hüquq və vəzifələri, seçki prosesinin demokratikliyi və şəffaflığında müşahidəçilərin rolu mövzularında çıxışlar etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.