ELM VƏ TƏHSİL
MASALLIDA NARKOTİKLƏRLƏ MÜBARİZƏ ÜZRƏ REGİONAL MƏŞĞƏLƏ KEÇİRİLƏCƏK
“Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SKAD) Regional Yardım Proqramından AZƏRTAC-a bildirmişlər ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə BMT-nin İnkişaf Proqramı (BMTİP) arasında əldə olunmuş razılığa əsasən, bu vəsait Azərbaycanın cənub sərhədlərinin möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.
BMTİP-in və müvafiq dövlət qurumlarının birgə səyi nəticəsində keçən ilin oktyabrında Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə zəruri texniki avadanlıq təhvil verilmişdir.
Aprel ayının 14-16-da Masallı rayonunda dövlət strukturlarının cənub bölgəsindəki yerli qurumlarında çalışan əməkdaşlar üçün təlim kursları keçiriləcəkdir. Məqsəd narkotiklərlə bağlı kəşfiyyat sistemini təkmilləşdirmək, həmin strukturlar arasında informasiya mübadiləsini inkişaf etdirməkdən ibarətdir.
Tədbirdə Avropa Birliyinin Azərbaycanda səfərdə olan eksperti cənab Paul Kuk, ekspert qrupunun üzvləri, “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SKAD) Regional Yardım Proqramının Milli Əlaqələndiricisi və BMTİP nümayəndələri iştirak edəcəklər.
Təlim kurslarının iştirakçılarına sertifikatlar təqdim olunacaqdır.