MƏDƏNİYYƏT


MASALLIDA TURİZM SAHƏSİNDƏ ÇALIŞANLAR ÜÇÜN SEMİNAR-TRENİNQ KEÇİRİLMİŞDİR

Masallı, 21 may (AZƏRTAC). Masallıda cənub bölgəsində turizm sahəsində çalışanlar üçün seminar-treninq keçirilmişdir.

Türkiyə Baş Bakanlığının “TİKA” təşkilatının, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Masallı, Lənkəran, Lerik və Astara rayonlarından 30-a yaxın turizm şəbəkəsinin işçisi iştirak etmişdir.

On gün davam edən seminar-treninqdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təlimçiləri beş sahə üzrə məşğələlər keçmişlər. İdarəetmə, masa xidməti, aşpazlıq, sosial davranış, təmizlik xidmətləri üzrə keçirilən kurslarda dinləyicilər bu sahə üzrə bilik, təcrübə və davranışlara yiyələnmişlər.

Seminar-treninqin sonuncu günü turizm xidməti peşələrinə yiyələnmiş 200-dən çox gəncə sertifikatlar təqdim edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.