MASALLIDA XOCALI SOYQIRIMI İLƏ ƏLAQƏDARMƏRASİM KEÇİRİLMİŞDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Masallıdakı “Azərbaycan əsgəri” abidəsi önündə Xocalı soyqırımının on dördüncü ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Oqtay Əliyev “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətindən, minlərlə soydaşımızın qətlə yetirilməsi, əsir alınması və şəhərin yerlə yeksan edilməsi ilə nəticələnən Xocalı dəhşətlərindən danışmış, bu qanlı faciəyə yalnız ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini bildirmişdir.
Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin erməni tapdağı altında olan torpaqlarımızın geri alınması, öz Vətənlərində qaçqın və köçkün həyatını yaşayan soydaşlarımızın doğma yurdlarına qayıtması üçün məqsədyönlü və ardıcıl diplomatik fəaliyyətindən söz açmışlar.
Xəbərin mətnində orfoqrafik səhv var