ELM VƏ TƏHSİL
MASALLIDA YAPONİYANIN MALİYYƏ DƏSTƏYİ İLƏ TİKİLƏN MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Yaponiyanın maliyyə dəstəyi ilə Masallı rayonunun Mollaoba kəndində inşa edilmiş yeni məktəb binası mayın 5-də istifadəyə verilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 400 şagird yeri olan ikimərtəbəli yeni məktəb binasının açılış mərasimində çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara, təhsil naziri Misir Mərdanov Masallı Rayon İcra Hakimiyyətinin başçısı Azər Səfərov inşaatçı Mətləb Şıxəliyev əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Yaponiya-Azərbaycan dostluq əlaqələrini yüksək qiymətləndirmiş və bu gözəl hədiyyəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Mərasimin sonunda qonaqlar məktəb binası ilə tanış olmuşlar.