MƏDƏNİYYƏT
MASALLIDA YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ RESPUBLİKA TURNİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Masallı rayonunun Ərkivan kəndindəki “Türkan” şadlıq evində əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə respublika turniri keçirilmişdir.
İdmançılar əvvəlcə Nadir Ağayevin xatirəsini ehtiramla yad etmiş, məzarı üstünə gül-çiçək dəstələri düzmüşlər.
Turnirdə Masallı, Lənkəran, Cəlilabad, Əli Bayramlı, Balakən, Beyləqan, Sumqayıt və Bakının 180 idmançısı müxtəlif çəki dərəcələrində qalib adı uğrunda mübarizə aparmışdır.
Komanda hesabında Masallı güləşçiləri birinci, baləkənli pəhləvanlar ikinci, Bakının “Dinamo” İdman Cəmiyyətinin yetirmələri isə üçüncü yeri tutmuşlar.
Yarışların baş hakimi, beynəlxalq dərəcəli idman ustası, Avropa çempionu Əli Əliyev, əməkdar məşqçi Elçin Cəfərov və Olimpiya çempionu Fərid Mansurov qaliblərə turnirin medallarını, diplomlar və xatirə hədiyyələri vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [17:08]