İDMAN


MƏŞHUR ABŞ BOKSÇUSU YENİDƏN RİNQƏ QAYIDIR

AZƏRTAC-ın xəbər verdiyi kimi, ABŞ-ın məşhur peşəkar boksçusu Mayk Tayson rinqi həmişəlik tərk etməyi qərara almışdı. Lakin onun rinqdən ayrılması uzun sürməmişdir. Mayk bir ildən artıq çəkən bu ayrılığın daşını ataraq, “dəmir” əlcəklərini yenidən geymək qərarına gəlmişdir.

O, Arizona ştatının Finiks şəhərində məşqlərə başlamışdır və ötən ilin fevralında həmvətəni Klifford Etyeni elə birinci raunddaca nokauta saldığı görüşdən sonra indi, iyulun 31-də keçirəcəyi ilk döyüşünə hazırlaşır.

Taysonun rəqibi 31 qələbəsindən 26-nı nokautla qazanmış 31 yaşlı Kevin Makbrayd (İrlandiya) olacaqdır. Görüşün yeri hələlik müəyyən edilməyibdir. Lakin Maykın menecerinin dediyinə görə, bunun üçün ən real namizədlər Sent-Luis və Luisvil (Kentukki ştatı) sayılır.

İyunun 30-da Taysonun 38 yaşı tamam olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.