İQTİSADİYYAT


“MAŞTAĞA” YARDIMÇI STANSİYASI YENİDƏN QURULUR

Bakı yüksəkgərginlikli elektrik şəbəkəsinin və “Azərenerjixüsusitəmirsazlama” MMC-nin briqadaları qış mövsümünə hazırlıq proqramı çərçivəsində 110 kilovoltluq “Maştağa” yardımçı stansiyasında bərpa işləri aparır.

“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda yardımçı stansiyada 31,5 meqavatlıq transformator əsaslı təmir olunur. Hələ Almaniyada 1931-ci ildə istehsal edilmiş transformator uzun müddət əsaslı təmir olunmamış və böyük gərginlik altında işləmişdir.

1949-cu ildən istismar olunan bu yardımçı stansiyada, ümumiyyətlə, üç transformator işləyir. Stansiya Əzizbəyov rayonu ərazisinin, təxminən yarısını elektrik enerjisi ilə təmin edir.

Ötən il burada 31,5 meqavat gücündə transformator yeniləşdirilmiş və müvafiq işlər görülmüşdür. Bu mövsümdə keçən əsrin 40-50-ci illərində istehsal olunmuş və yararsız hala düşmüş 110 və 35 kilovoltluq hava açarlarının dəyişdirilməsi nəzərdə tutulmuşdur.

Beləliklə, Bilgəh, Maştağa, Buzovna qəsəbələrini qış mövsümündə elektrik enerjisi ilə daha etibarlı və fasiləsiz təmin etmək mümkün olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.