İQTİSADİYYAT


“MAYKOROSOFT” PAKİSTANA TƏXMİNƏN 7 MİLYARD DOLLAR SƏRMAYƏ QOYMAQ FİKRİNDƏDİR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, bunu Pakistanda səfərdə olan informasiya texnologiyaları sahəsində dünya lideri “Maykorosoft” şirkətinin vitse-prezidenti Emre Berkin bildirmişdir. O, Milli sosial inkişaf komissiyası və Səhiyyə Nazirliyi ilə qarşılıqlı anlaşma barədə iki memorandum imzalamışdır. “Maykorosoft” müasir informasiya texnologiyalarını tətbiq etməklə ölkənin iqtisadi inkişafına kömək göstərmək fikrindədir. Bu, dünya bazarlarında Pakistanın məhsullarını rəqabət qabiliyyətli edəcəkdir.

Bu informasiya nəhəngi son dörd ildə Kəraçidə işləmiş, indi də İslamabadda, Peşavərdə və ölkənin digər iri mərkəzlərində fəaliyyət dairəsini genişləndirmək niyyətindədir.

Berkin demişdir ki, şirkətin rəhbəri ötən ilin sonunda Pakistan prezidenti Pərviz Müşərrəflə telefon söhbətində əməkdaşlığın perspektivlərini və onun istiqamətlərini müzakirə etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.