İDMAN


MBA: “Denver Naqqets” 44-cü qələbəsini qazanıb

Bakı, 4 avqust, AZƏRTAC

Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsinin növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Qərb konfransında çıxış edən iki komanda “Oklahama Siti Tanders” və “Denver Naqqets” üz-üzə gəliblər. Son üç görüşdə məğlub olan Denver basketbolçuları bu dəfə ümidləri doğruldublar. Əksinə, 7 oyundur ardıcıl qələbəyə sevinən Oklahoma komandası isə məğlub olub. Birinci hissədə “Denver Naqqets” 1 xal fərqi ilə üstün olub. İkinci periodu isə 29:27 hesabı ilə Oklahama təmsilçiləri öndə başa vurublar. Qarşıdakı iki hissədə tərəflər xala-xal prinsipi ilə mübarizə aparıblar və hərəyə 109 xal qazanıblar. Qalibi müəyyən etmək üçün əlavə vaxtda daha yaxşı çıxış edən “Denver Naqqets” yekunda 121:113 hesabı ilə qələbə qazanıb. Qonaqların heyətində Maykl Porter 37 xal və 12 ribaundla gecənin ən yaxşı basketbolçusu seçilib.

Qeyd edək ki, 44-cü qələbəsini qazanan “Denver Naqqets” Qərb konfransında üçüncü pillədə qərarlaşıb. “Oklaham Siti Tanders” altıncıdır. Yarış cədvəlinə isə “Los-Anceles Leykers” başçılıq edir. Şərq konfransında isə “Miluoki Baks” liderdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.