İDMAN


MBA-da ən yaxşı gənc basketbolçuların rəmzi heyəti açıqlanıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatının nəticələrinə əsasən mövsümün debütant oyunçularının rəmzi heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, mövsümün ən dəyərli gənc basketbolçusu adını alan “Memfis”in oyun qurucusu Ca Morantla yanaşı, siyahıda onun komanda yoldaşı Brendon Klark, “Mayami”dən Kendrik Nann, “Nyu Orlean”dan Zayon Uilyams və “Qolden Steyt”dən Erik Paskall da yer alıblar.

İkinci rəmzi beşlikdə isə “Mayami”də Tayler Hirro, “Toronto”dan Terrens Devis, “Çikaqo”dan Kobi Uayt, “Şarlott”dan Pi Cey Vaşinqton və “Vaşinqton”dan Ryu Xaçimura qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.