İDMAN


MBA-da mövsümün ən yaxşı oyunçusu və məşqçisi müəyyənləşib

Bakı, 12 may, AZƏRTAC

Milli Basketbol Assosiasiyasında (MBA) bir neçə kateqoriyada mövsümün ən yaxşıları nominasiyasının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Denver Naggets”in serbiyalı mərkəz oyunçusu Nikola Yokiç müntəzəm çempionatın nəticələrinə əsasən, mövsümün ən yaxşı basketbolçusu seçilib. O, ardıcıl ikinci mövsüm bu mükafata sahib olub. Basketbolçu bu mövsüm müntəzəm çempionatda hər oyuna orta hesabla 27,1 xal, 13,8 ribaund və 7,9 məhsuldar ötürmə ilə yadda qalıb. Bununla yanaşı, N.Yokiç müntəzəm çempionatda bir mövsümə 2000 xal, 1000 ribaund və 500 məhsuldar ötürmə edən ilk oyunçu kimi tarixə düşüb.

“Finiks Sanz”a rəhbərlik edən Monti Uilyams isə mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb. Əlli yaşlı mütəxəssisin sayəsində Arizona klubu bu mövsüm müntəzəm çempionatın qalibi olub. Onun başçılığı altında “Finiks” 64 qələbə qazanıb, 18 dəfə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.