İDMAN
MBA-nın 16 oyunçusunun koronavirus testi müsbət nəticə verib
Bakı, 27 iyun, AZƏRTAC
Milli Basketbol Assosiasiyasının (MBA) 16 oyunçusunun koronavirus testləri müsbət nəticə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə MBA oyunçularının Həmkarlar İttifaqının mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, test nəticələri pozitiv olan bütün oyunçular karantin qaydalarına əməl etməklə, həkimlərdən müsbət rəy alana qədər özlərini təcrid edəcəklər.
Xatırladaq ki, MBA rəhbərliyi koronavirus səbəbindən dayandırılan 2019-2020-ci il mövsümünün qalan formatını təsdiqləyib. Müntəzəm mövsümün iyulun 31-də başlayacağı və 30 komandadan yalnız 22-sinin mübarizə aparacağı bildirilib.
Bütün matçların Orlando şəhərində (Florida, ABŞ) yerləşən “Disney World” əyləncə parkında keçiriləcəyi planlaşdırılıb. Final seriyasında yeddi matç oynanılacağı təqdirdə, mövsüm oktyabrın 12-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]