ELM VƏ TƏHSİL


MBBİ-nin əməkdaşları akademik Cəlal Əliyevin məzarını ziyarət ediblər

MBBİ-nin əməkdaşları akademik Cəlal Əliyevin məzarını ziyarət ediblər

Bakı, 29 mart, AZƏRTAC

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşları Elm Günü münasibətilə Fəxri xiyabanda müəllimləri, institutun yaradıcısı, akademik Cəlal Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova qeyd edib ki, Cəlal müəllimin ziyarətinə onun tələbələri ilə yanaşı, həm də gənc alim və magistrantların da gəlməsi Cəlal Əliyev məktəbinin uğurlarının bariz nümunəsidir. İradə Hüseynova görkəmli alimin Azərbaycanda biologiya elminin ən müasir istiqamətlərinin təşəkkülü və inkişafında, elmi nailiyyətlərin əldə edilməsində, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaranmasında misilsiz xidmətlərindən söhbət açaraq, onun elmi irsinin tələbələri tərəfindən davam etdirilməsinin zəruri olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.